Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri bilinib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 157 səyyar monitorinq həyata keçirilib.

Milletinsesi.az-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 6098, monitorinq edilmiş işəgötürənlərin sayı isə 300 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,4% təşkil edib.

Monitorinqlərin keçirilməsindən sonra 147 563 əmək müqaviləsi imzalanıb.

Share: