Tokayev: Rusiya ilə Qazaxıstan arasında həll olunmamış məsələlər yoxdur

Tokayev: Rusiya ilə Qazaxıstan arasında həll olunmamış məsələlər yoxdur

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ölkəmizin Rusiya ilə heç bir həll olunmamış məsələsinin yoxdur.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Qazaxıstan və Rusiya arasında əməkdaşlığın strateji xarakteri, şübhəsiz ki, bütün Avrasiya materikində dayanıqlı iqtisadi inkişaf və daha yaxşı nəqliyyat əlaqələrinin təmin edilməsi baxımından mühüm amildir”, – deyə o qeyd edib.

Rusiyanın Sibir bölgəsindəki Omsk şəhərində keçirilən Rusiya-Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu zamanı o, bunları vurğulayıb: “Xüsusilə qeyd etmək istərdim ki, ölkələrimiz arasında nə həll olunmamış, nə də həlli mümkün olmayan məsələlər var. Biz bir-birimizə qarşı addım atmağa həqiqətən və səmimiyyətlə hazırıq”.

Tokayev həmçinin göstərilən qonaqpərvərliyə və tədbirin yüksək təşkilatçılıq səviyyəsinə görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkürünü bildirib.

“Əminəm ki, əldə olunan razılaşmalar ölkələrimiz arasında strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərini tədricən daha da gücləndirəcək”, – deyə Qazaxıstan lideri əlavə edib.

Share: