![Tovuzda zəncirvari qəza oldu](https://milletinsesi.az/wp-content/uploads/;http://www.unikal.org/photos/unikal/1556108123.9222fe37-5f3a-4180-bee1-dad5e39e971e.jpg)
Tovuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “VAZ-21011”, “VAZ-2107” və “Hyundai” markalı yük maşınları toqquşub. Qəza zamanı yaralananların olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansityasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” maşınları ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.