Tovuzda zəncirvari qəza baş verib

Tovuz rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. 

 

Hadisə rayonun mərkəzində “Asan Xidmət” Mərkəzinin yanında qeydə alınıb.

 

Məlumata görə, qəza zamanı “Opel” , “Niva-Chevrolet” və “Mercedes” markalı avtomobillərin toqquşması zamanı üç nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: