“Turan Tovuz” Qərb derbisində “Kəpəz”i darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Qərb derbisində “Turan Tovuz” “Kəpəz”i qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib. Qolları 45-ci dəqiqədə Otto Con, 54-cü dəqiqədə Roderik Miller, 58-ci dəqiqədə Sertan Taşkın, 67-ci dəqiqədə Luis Paçu vurub.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu beşinci sırada “Neftçi”yə çatıb. Gəncə təmsilçisi isə 6 xalla sonuncu – 10-cu yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə “Zirə” “Səbail”lə heç-heçə edib – 2:2. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.

Mənbə

Share: