Türk klubu rus futbolçu ilə yolları ayırdı

Türkiyənin “Qaziantep” klubu qapıçısı Yuri Lodıqinlə yolları ayırıb.

Qol.az yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı qolkiper Supeliqa təmsilçisi ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Qeyd edək ki,  2013-2019-cu illərdə “Zenit”də çıxış edən Rusiya millisinin sabiq üzvü ötən yay “Qaziantepspor”a keçmişdi.

Share: