Türkiyə ordusu Suriyada daha bir şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində apardığı antiterror əməliyyatında iştirak edən hərbçilərdən biri şəhid olub, dördü ağır yaralanıb.

Milletinsesi.az xəbər verir ki, hadisə “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində baş verib.

Bildirilir ki, yol nəqliyyatı nəzarəti həyata keçirən hərbçilərin avtomobili aşaraq dərəyə yuvarlanıb və nəticədə 4 hərbiçi ağır yaralanıb, biri isə şəhid olub.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

 

Share: