Türkiyə parlamentinin spikeri postuna namizəd bəlli oldu

Türkiyə parlamentinin hakim siyasi qüvvələrinin spiker postuna namizədi bəlli olub.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Bildirilir ki, AKP və MHP fraksiyaları parlament sədri vəzifəsinə Numan Kurtulmuşun namizədliyini irəli sürüb.

 

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 25, 26 və 27-ci çağırış deputatı olan Kurtulmuş AKP sədrinin müavinidir.

Mənbə

Share: