
Türkiyə tərəfindən qeyri-hərbi üsulların tətbiqi nəticəsində terrorçular təslim olub.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, mənəvi-psixoloji metodlarla 1992-2015-ci illərdə terror təşkilatına qoşulan 4 PKK üzvü Türkiyəyə könüllü şəkildə təslim olublar.
Onların İraq və Suriya ərazilərində müxtəlif təxribatlarda iştirak etdiyi üzə çıxıb.
Bildirilib ki, bununla da 2023-cü il başlayandan bəri qeyri-hərbi üsullarla zərərsizləşdirilmiş terrorçuların sayı 5-ə çatıb.