“İranla Azərbaycan münasibətlərinə yenidən aydınlıq gətirilməlidir”

“İran illərdir Azərbaycanın ona dostluq əli uzatmasına baxmayaraq, Azərbaycana qarşı düşmən siyasəti həyata keçirib. Biz 44 günlük müharibədə də, post-müharibə dövründə də bunun şahidi olduq”.

 

Bu sözləri, Moderator.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli deyib. 

 

Onun sözlərinə görə, İran Ertmənistanı silahlandırır, bu ölkəyə yanacaq və ərzaq daşıyır, hətta, bunu açıq şəkildə edir: “Son zamanlar isə İranın Azərbaycana qarşı təbliğatı pik həddə çatmışdı. Yəni, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu və hücum nəticəsində səfirliyin əməkdaşlarının öldürülməsi, yaralanması İranın gerçək simasını ortaya qoydu. Bu, həm də İranın son illərdə Azərbaycana qarşı yeritdiyi düşmən siyasətinin nəticəsi idi. Heç şübhəsiz ki, bu hadisədən sonra Azərbaycan-İran münasibətlərinə yenidən baxılmalı idi. Yəni, İran artıq regionda özünün mövqeyini dəyişməlidir. Bu ölkə Azərbaycana qarşı düşmənlik siyasətindən əl çəkməli və Ermənistana silahlı yardımlar etməməlidir”. 

 

“Bu yaxınlarda İran Azərbaycana qarşı müaharibəyə hazırlaşan Ermənistana yüzlərlə raket hədiyyə elədi. İran bilə-bilə ki, bu rakelər Azərbaycana tuşlanır, yenə də bunu etdi. Hesab edirəm ki, İranla Azərbaycan münasibətlərinə yenidən aydınlıq gətirilməlidir. Əgər, İran öz mövqeyində qalacaqsa, diplomatik münasibtələrin nə şəkildə davam edəcəyi müzakirə edilməlidir. Hesab edirəm ki, bu məsələ bütün müstəvilərdə nəzərdən keçiriləcək” – deyə, millət vəkili vurğulayıb.

 

Mərahim Nəsib

Mənbə

Share: