Rusiya jurnalistləri beynəlxalq şəbəkədən çıxarılır

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) Rusiya Jurnalistlər İttifaqını sıralarından xaric edəcək.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Skandinaviya jurnalistlər birlikləri Beynəlxalq Jurnalistlər Federasiyasını Rusiyanın dövlət mediasının jurnalistləri ilə işləməklə qeyri-demokratik təcrübə yaratmaqda ittiham edib.

 

Finlandiya jurnalistləri həmkarlar ittifaqının rəhbəri Hanna Aho bunu korrupsiya fəaliyyəti adlandırdıqlarını deyib.

 

“Norveç, Danimarka və İslandiya həmkarlar ittifaqı ilə birlikdə istefa verməyə qərar verdik”, – Aho əlavə edib.

 

Onun sözlərinə görə, Skandinaviya ölkələrinin həmkarlar ittifaqları uzun illərdir ki, IFJ daxilində problemləri həll etməyə çalışırlar, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı federasiyanın mövqeyi səbr kasasını daşıran son damla olub.

 

Belə ki, ittifaq Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində bürolar yaradıb.

 

Bundan sonra IFJ icraiyyə komitəsi açıqlama yayaraq bildirib ki, Rusiya Jurnalistlər Birliyinin ittifaqdan çıxarılması üçün rəsmi prosesə başlayıb.

 

Qeyd edək ki, Beynəlxalq Jurnalistlər Federasiyası 146 ölkədən 600 000 jurnalisti təmsil edir.

Mənbə

Share: