Türkiyə, Rusiya və Suriya XİN başçıları nə vaxt görüşəcək?

Rusiya, Türkiyə və Suriyanın xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Faysal Mikdad arasında keçiriləcək görüşün vaxtı hələlik dəqiqləşdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrinə istinadən məlumat yayıb.

 

“Görüşün tarixi müəyyənləşdirilir. Hələlik dəqiq tarix məlum deyil”, – mənbə bildirib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı mətbuatı görüşün yanvarın 11-də Moskvada keçiriləcəyini yazıb.

 

Akif İsmayılov 

Mənbə

Share: