
Türkiyədə seçkilər mayın 14-də keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.
O qeyd edib ki, seçkilərlə bağlı qərar martın 10-da qəbul ediləcək.
Ərdoğan bildirib ki, zəlzələ bölgəsində olan vətəndaşların səs verə bilməsi üçün prosedurlar hazırlanacaq, bununla bağlı prezidentin sərəncamı olacaq.