Türkiyə seçkiləri barədə qərar bu tarixdə qəbul ediləcək 

Türkiyədə seçkilər mayın 14-də keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.

 

O qeyd edib ki, seçkilərlə bağlı qərar martın 10-da qəbul ediləcək. 

 

Ərdoğan bildirib ki, zəlzələ bölgəsində olan vətəndaşların səs verə bilməsi üçün prosedurlar hazırlanacaq, bununla bağlı prezidentin sərəncamı olacaq.

Mənbə

Share: