Türkiyə xüsusi təyinatlıları KOSOVODA

Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlik tviter səhifəsində paylaşım edib.

 

Bildirilib ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.

 

“Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, – deyə nazirlikdən bildirilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılarını göndərəcəyini bildirmişdi.

Mənbə

Share: