Türkiyənin Çanaqqala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, qəza zamanı turistləri daşıyan avtobus aşıb və su kanalına düşüb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb. Qəza yerinə polis və xilasetmə qrupları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.