Türkiyədə daha bir güclü zəlzələ olub

Türkiyədə növbəti dəfə zəlzələ olub. 

Bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, gün ərzində üçüncü dəfə güclü yeraltı təkanlar hiss edilib. 

Zəlzələ Kahramanmaraşda 5.1, Hatayda isə 4.8 bal gücündə qeydə alınıb. 

Əlavə dağıntıların olub-olmaması barədə məlumat verilməyib. 

Qeyd edək ki, ötən gecə baş verən 7.8 maqnitudalı zəlzələ zamanı güclü dağıntılar qeydə alınıb.

Son məlumatlara görə, 1498 nəfər ölüb, xəsarət alanların sayı isə 8533-ə çatıb.

Xatırladaq ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb.

14:38

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda daha bir güclü zəlzələ olub.

Kandilli rəsədxanasının məlumatına görə, yerli vaxtla 13:25-də baş verən təkanların gücü 7,5 bal, dərinliyi 16,4 kilometr olub.

Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi bundan doqquz dəqiqə sonra isə eyni ərazidə 6 maqnitudalı zəlzələ baş verdiyini bildirib.

Zəlzələnin Türkiyənin bir çox vilayətində hiss edildiyi bildirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2470 bina dağılıb, azı 912 nəfər həlak olub, 5385 nəfər yaralanıb.

Mənbə

Share: