Türkiyədə daha bir partiya Ərdoğana dəstək verdi

Türkiyənin “Hür Dava” partiyası mayın 14-də keçiriləcək parlament və prezident seçkilərində “Cumhur İttifaqı”nı dəstəkləyəcək.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Zekeriya Yapıcıoğlu bildirib.

 

O, prezident seçkiləri üçün namizəd irəli sürməyəcəklərini, hakim siyasi qüvvələrin namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini bildirib.

 

“Bu qərarın millətimiz və ölkəmiz üçün faydalı olmasını arzu edirəm. Parlament seçkiləri ilə bağlı müzakirələrimiz davam edir”, – partiya sədri qeyd edib.

Mənbə

Share: