Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 9 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib və 9 nəfər saxlanılıb.

İzmirlə yanaşı, 4 şəhərdə qruplaşmanın gizli hərbi strukturuna qarşı əməliyyat təşkil olunub.

Əməliyyat zamanı 9 şübhəli saxlanılıb. Haqqında həbs qərarı çıxarılan şübhəlilərdən 1-nin polkovnik, 1-nin kiçik zabit, 1-nin isə çavuş olduğu öyrənilib. Nəzarətə alınan şübhəlilər ifadələrini almaq üçün jandarma komandanlığına gətirilib.

Qeyd edək ki, sentyabrın 18-də Ankara şəhərində Fətullahçı Terror Təşkilatına qarşı əməliyyat çərçivəsində 8 nəfər yaxalanıb. Ankara mərkəzli 4 əyalətdə FETÖ terror təşkilatının gizli hərbi strukturuna qarşı əməliyyat keçirilib və 10 şübhəlidən 8-i saxlanılıb. FETÖ Türkiyədə terror təşkilatı elan edilib.

Mənbə

Share: