Türkiyədə gəmi reysləri təxirə salındı

Türkiyədə kəskin hava şəraiti ilə əlaqədar bir sıra gəmi reysləri təxirə salınıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu gün üçün nəzərdə tutulan İstanbul-Bursa marşrutu ilə və əks istiqamətdə reyslər dayandırılıb.

Qeyd edək ki, İstanbulda həftə sonnda başlayan güclü qarın bu gün də yağacağı gözlənilir.

Share: