Türkiyədə ölənlər arasında Gürcüstan vətəndaşları da var

Türkiyədə baş vermiş zəlzələ nəticəsində iki nəfər Gürcüstan vətəndaşı həlak olub. İtkin düşmüş hesab olunan onlarla Gürcüstan vətəndaşları isə tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, Türkiyədə təbii fəlakət zonasında azı iki nəfər həlak olub. Daha bir neçə vətəndaşla bağlı məlumat əldə etmək mümkün olmayıb.

Mənbə

Share: