Türkiyədə otuz ilin anti rekordu 16 can aldı

Türkiyədə otuz ilin anti rekordu 16 can aldı

Türkiyənin Şanlıurfa və Adıyaman şəhərində dünən başlayan və aramsız olaraq davam edən leysanın səbəb olduğu sel fəlakətində insan itkisi 16-ya çatıb.

Şanlıurfada 14, Adıyamanda iki nəfər həyatını itirib.

İtkin düşən dörd nəfərin axtarışları davam edir.

Şanlıurfada 30 ilin yağış rekordu təzələnib. İki gündə bir kvadratmetr əraziyə 137,6 kq yağıntı düşüb.

14:34

Türkiyədə baş verən sel fəlakətində Şanlıurfada 13, Adıyamanda 2 nəfər həyatını itirib.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

Daha əvvəl 14 nəfərin həlak olduğu barədə xəbər yayılıb.

Şanlıurfada 2, Adıyamanda 2 itkin düşmüş şəxsin axtarışları davam edir.

Bundan başqa evlər, mağazalar, xəstəxanalar su altında qalıb. Onlarla avtomobilə ziyan dəyib. Yerli əhali təhlükəsiz ərazilərə təxliyə edilib.

Mənbə: TRT Haber

Mənbə

Share: