Türkiyədə rekord sayda insan koronavirusdan sağaldı

Türkiyədə son sutka ərzində 92 nəfər koronavirusdan dünyasını dəyişib.

Milletinsesi.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 2392 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 2992, yoluxanlar isə 114 min 653 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, Türkiyədə son sutka ərzində 5018 nəfər koronavirusdan sağalıb.

Share: