Türkiyədə xəstəxana binasına silahlı hücum: Ağır yaralılar var

Türkiyənin Denizli şəhərində yerləşən Pamukkale Universitetinin Xəstəxanasına silahlı hücum olub.

 

Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin girişindəki yeməkxanaya naməlum iki şəxs tərəfindən atəş açılıb. İlkin məlumata görə, 7 nəfər yaralanıb.

 

Hadisə yerinə çox sayda polis qrupları sövq edilib. Atəş edənlər qaçıblar və axtarışları davam edir.

 

Xəsarət alan 7 nəfərə xəstəxanada tibbi yardım göstərilib. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı istintaq işi başlanılıb.

Mənbə

Share: