Türkiyədə yağan güclü qar kəndlərlə əlaqəni kəsdi

Türkiyənin şərq bölgələrində davam edən güclü qar böyük problemlər yaradıb. Güclü şaxta su xətlərini dondurub, külək tez-tez elektrik naqillərini sıradan çıxarır.

Millətin Səsi.az  xəbər verir ki, Ağrı bölgəsində qarın hündürlüyü daha çox artıb. Bu səbəbdən 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Ağrı-Van yolunda üç nöqtədə güclü qar uçqunu yaranıb.

Bölgədə qartəmizləmə işlərinə 78 ağır texnika və 91 nəfərlik heyət cəlb olunub.

Share: