Türkiyədəki zəlzələdə ölənlərin sayı ARTDI

Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələlərdə həlak olanların sayı 47 975-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer məlumat verib.

 

O bildirib ki, həlak olanlardan 6278 nəfəri xarici ölkələrin vətəndaşlarıdır. Sezerin sözlərinə görə, hazırda 3954 axtarış-xilasetmə işçisi dağıntıların tədqiqini müşayiət edir və humanitar yardım işlərində iştirak edir.

 

AFAD rəsmisi Orhan Tatar isə zəlzələdən sonra 16 mindən çox afterşok qeydə alındığını bildirib.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.

Mənbə

Share: