Türkiyənin 3 vilayətinə avtomobil girişi yasaqlanıb.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti açıqlayıb.
Bildirilib ki, Hatay, Kahramanmaraş ve Adıyamana yerli vaxtla saat 11.00-dan etibarən 48 saat müddətinə nəqliyyat vasitələrinin daxil olması dayandırılıb.
Təbii fəlakətlə bağlı ləvazimatların nəql olunmasını həyata keçirən maşınlar isə istisna təşkil edəcək.