Türkiyənin 3 vilayətinə avtomobil girişi qadağan olundu

Türkiyənin 3 vilayətinə avtomobil girişi yasaqlanıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti açıqlayıb.

 

Bildirilib ki, Hatay, Kahramanmaraş ve Adıyamana yerli vaxtla saat 11.00-dan etibarən 48 saat müddətinə nəqliyyat vasitələrinin daxil olması dayandırılıb.

 

Təbii fəlakətlə bağlı ləvazimatların nəql olunmasını həyata keçirən maşınlar isə istisna təşkil edəcək.

Mənbə

Share: