Türkiyənin bütün bankları Rusiyanın “Mir” ödəniş sistemindən imtina etməyə məcbur oldu

“Ərdoğanın ABŞ-a, BMT Baş Assambleyasına səfərindən sonra Türkiyənin Rusiyaya qarşı neytral mövqeyində dəyişiklik olduğu sezilir…”

 

“Ermənistan və Qırğızıstan hələ ki, Rusiya kartlarını qəbul edən azsaylı ölkələr olaraq qalır…”

 

Türkiyənin üç dövlət bankı ABŞ-ın sanksiyalar xəbərdarlıqlarından sonra Rusiyanın “Mir” ödəniş sistemindən çıxmağı planlaşdırır.

 

Moderator.az xəbər verir ki, bu barədə adıçəkilməyən yüksək vəzəfəli türk məmuruna istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

 

Çərşənbə günü NTV teleşirkəti məlumat verib ki, Türkiyədə “Mir” ödəniş sistemini qəbul edən bank qalmayıb.

 

“Bloomberg”in məlumatına görə, Türkiye Halk Bankası, TC Zirast Bankası və Türkiye Vakıflar Bankası bu yaxınlarda Türkiyənin iki iri özəl bankı tərəfindən qəbul edilən analoji qərarlardan sonra “Mir” ödəniş sistemindən imtina etməyi planlaşdırır.

 

Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Mir” ödəniş sistemi ətrafında yaranmış vəziyyəti öz rusiyalı həmkarları ilə həmçinin danışıqlar aparan maliyyə üzrə türk məmurları ilə müzakirə edib.

 

Ərdoğan indiyədək Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı Qərbin sanksiyalarına qoşulmayıb və BMT-nin dəstəyilə taxıl üzrə sövdələşmədə vasitəçi kimi çıxış edib.

 

Lakin “Mir” ödəniş sisteminin fəaliyyətinin dayandırılması ABŞ-a, BMT Baş Assambleyasına səfərdən sonra onun neytral mövqeyində dəyişiklik olduğuna dəlalət edir.

 

Ukraynadakı müharibədən və prezident Vladimir Putinin hərbi çağırışından xilas olan rusiyalılar üçün populyar istiqamət olan Türkiyənin artıq bu həftə “Mir” kartları üzrə rəsmi qərarı elan ediləcək.

 

Dəyərləndirmələrə görə, Rusiya əhalisinin yarıdan çoxu 2015-ci ildə Qərbin sanksiyalarından yan keçmək üçün Rusiyanın işləyib hazırlamağa başladığı “Mir” kartına malikdir.

 

Rusiya üçün dost olan digər ölkələrin, o cümlədən Qazaxıstan, Özbəkistan və Tacikistanın bəzi bankları “Mir” kartlarından istifadəni dayandırıb.

 

Ermənistan və Qırğızıstan hələ ki, Rusiya kartlarını qəbul edən azsaylı ölkələr olaraq qalır.

Mənbə

Share: