Türkiyənin haqlı narahatlıqlarının fərqindəyik – Stoltenberq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi Dolmabaxça sarayında qəbul edib.

 

Modern.az “TRT Haber”ə istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NATO-ya töhfələr verdiyini deyib.

 

İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra: “Türkiyənin haqlı narahatlıqlarının fərqindəyik, İsveç bu narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır”, – deyə açıqlama verib.

 

“Türkiyənin NATO-nun Kosovodakı varlığına əlavə əsgər göndərmə qərarına görə minnətdaram. Biz Ərdoğanla Türkiyə, İsveç və NATO arasında 12 iyun həftəsində yenidən görüş olması barədə razılığa gəldik”, – NATO baş katibi qeyd edib.

Mənbə

Share: