Türkiyənin sabiq daxili işlər naziri vəfat etdi

Türkiyənin keçmiş daxili işlər naziri Səlahəddin Çetiner vəfat edib.

 

Modern.az DHA-ya istinadən xəbər verir ki, o, 101 yaşında dünyasını dəyişib.

 

General-leytenant Çetiner 12 sentyabr 1980-ci ildə baş verən hərbi çevrilişdən sonra qurulan hökumətdə daxili işlər naziri vəzifəsini icra edib.

 

Sabiq nazirin orqan çatışmazlığından vəfat etdiyi bildirilir.

 

Mənbə

Share: