Türkiyənin yeni hökuməti bu axşam açıqlanacaq

Türkiyənin yeni hökumət kabineti bu axşam açıqlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə andiçmə mərasimindən sonra keçirilən qəbulda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

O qeyd edib ki, çərşənbə axşamı günü yeni hökumət kabinetinin ilk iclası keçiriləcək.

 

“Siyasi baxışından, mənşəyindən, məzhəbindən asılı olmayaraq, 85 milyon insanın hamısını qucaqlayacağıq. Sevgili millətimizin şəxsimizə, partiyamıza və ittifaqımıza olan etibarını sarsıtmayacağıq”, – Ərdoğan bildirib.

 

Xatırladaq ki, bu gün Türkiyə parlamentində Ərdoğanın andiçmə mərasimi keçirilib.

Mənbə

Share: