Türkiyəyə 2 milyona yaxın qaçqın gəlir

Suriyanın-şimal qərbində silahlı qarşıdurmalar kəskinləşdiyi halda 2 milyona qədər qaçqın Türkiyəyə üz tutacaq.

Belə bir açıqlama ilə BMT çıxış edib.

Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd ordusu müxalifətin əlində olan son nöqtə İdlibi üç aydan çoxdur ki, havadan və qurudan bombardman edir.

BMT hesab edir ki, qarşıdurmaların şiddətlənəcəyi təqdirdə 2 milyona qədər insan Türkiyəyə sığınmaq zorunda qalacaq./Teleqraf.com

Share: