Tuxel “Bavariya”nın baş məşqçisi oldu

49 yaşlı alman məşqçi Tomas Tuxel Almaniyanın “Bavariya” klubunu çalışdıracaq.  

Tuxel “Bavariya” ilə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb.

Bu qərar klubun sədri Oliver Kan və idman direktoru Hasan Salihamidjiç tərəfindən qəbul edilib və prezident Herbert Haynerlə razılaşdırılıb.

Tuxel “Bavariya”nın baş məşqçisi kimi ilk oyununu aprelin 1-də evdə “Borussiya” Dortmunda qarşı keçirəcək. Çempionlar Liqasının 1/4 finalında komanda “Mançester Siti” ilə qarşılaşacaq.

Tuxel məşqçilik karyerası ərzində Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı və Fransa Çempionatı da daxil olmaqla 10 kubok qazanıb.

Mənbə: Sports.ru

Mənbə

Share: