“Twitter” bütün dünyaya yalanlar yayır

“İlon Mask bütün dünyaya yalanlar yayan sosial media platformasını alıb”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

 

“Amerikada artıq redaktorlar yoxdur. Redaktorlar yoxdur. Nə etmək olar? Uşaqların təhlükənin nə olduğunu anlaya bilmələrini gözləyirik?”, – o bildirib.

 

Qeyd edək ki, amerikalı milyarder bir neçə gün əvvəl rəsmi olaraq 44 milyard dollara “Twitter” sosial şəbəkəsini alıb. O, platformada bir çox qadağanın ləğv ediləcəyini bildirib. Bəzi ekspertlərin fikrincə, “Twitter”də qadağaların ləğv edilməsi dezinformasiyasının yayılmasını asanlaşdıracaq.

 

Akif İsmayılov

Mənbə

Share: