Üçtərəfli XİN başçıları görüşü fevralda ola bilər

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu rusiyalı və suriyalı həmkarları ilə görüşü barədə yeni açıqlama verib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə Ruandaya səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

Çavuşoğlu görüşün növbəti günlərdə keçirilməsi barədə məlumatları təkzib edib.

 

“Görüş yanvarın sonu və ya fevralın əvvəlində keçirilə bilər. Lakin dəqiq tarix hələ razılaşdırılmayıb”, – deyə Türkiyə XİN başçısı bildirib.

 

Nazirin sözlərinə görə, Rusiya tərəfinin tarix barədə təklifləri hələ Türkiyə tərəfindən qəbul olunmayıb.

 

Qeyd edək ki, Türkiyə, Rusiya və Suriya xarici işlər naziri Mövlud Çavuşoğlu, Sergey Lavrov, Midhad Faysal arasında Moskva və ya BƏƏ-də görüşün keçirilməsi barədə məlumatlar yayılmışdı.

Mənbə

Share: