Uğura gedən “Kaspi yolu”- Yüksək təhsil və nəticə

Iyulun 4-də qızım Günel, 27-də oğlum Elnur imtahan verdi. Hər ikisi imtahan əvvəli həyəcanlanıb bizi qorxutsada da sonda nəticə alındı. Hər ikisi yaxşı nəticə göstərdi.

Sanki illərin yorğunluğu qalxdı çiynimdən.. Valideyn üçün ən gözəl hədiyyə övladlarının uğurudur. Imtahanlardan qızım 513 bal, oğlum 612 bal toplayaraq yüksək nəticə göstərdilər.

Bu nəticəyə görə başda Rövşən müəllim olmaqla, Kaspinin Əhmədli filialının müəllimlərinə : Ceyhun, Xalidə, Layıq, Anar,Aqil,Pərvanə,Sevinc,Tahir, Pərvanə,Əsmər,  Neftçilərdə yaşayan Şəfaqət müəlliməyə dərin təşəkkürümü bildirirəm. Sizlər müəllim adını bir daha yüksəklərə qaldırdınız.

Üç il müddətinə Kaspi kollektivi ilə bir ailə olduq; orada təhsil sistemi elə qurulub ki, sadəcə insana zövq verir. Ən kiçik şikayət ən yüksək səviyyədə araşdırılır və ən qısa zamanda öz nəticəsini verir. Bütün dərslər kamera nəzarəti altında keçirilir, şagirdin dərsə beş dəqiqə gecikməsi də valideynə xəbər verilir. Həmçinin dərsə zəif cavab verməsi də.. Səbəbləri tapılır və aradan qaldırılır. Ən əsası zəif siniflə, güclü sinif arasında fərq qoyulur. Həm müəllim baxımdan, həm də ödəniş baxımından. Ən güclü abituriyentlər təhsil haqqından azaddırlar..

Elmə kapital yatıranlar təkcə özləri qazanmır, həm də qazandırırlar. Ölkəsinə, məxsus olduqları cəmiyyətə, qlobal problemlər məngənəsində sıxılan kainata əvəzsiz xidmət göstərirlər. Bir daha Kaspi kursunun kollektivinə dərin təşəkkürümü bildirirəm. Pandemiya şəraitində göstərdiyiniz çətin fəaliyyətiniz öz bəhrəsini verdi. Tutduğunuz şərəfli yolda heç vaxt axsamayın..

Talıb Əhədov

Share: