Ukrayna əhalisinin 60 faizi evlərində qalıb

Ukraynada əhalinin təxminən 60 faizi müharibəyə baxmayaraq, evlərini tərk etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Gradus Research” tədqiqat şirkətinin apardığı sorğunun nəticələrində qeyd olunub.

 

Sorğuya əsasən, digər ukraynalılar hərbi əməliyyatlar başlayanda ölkəni tərk etmək məcburiyyətində qalıblar, lakin onların yarısı artıq evlərinə qayıdıb.

 

Qeyd edək ki, sorğu 18-60 yaşlı 50 000-dən çox əhalisi olan şəhərlərin sakinləri arasında keçirilib. Sorğuda 2000 respondent iştirak edib.

Mənbə

Share: