Ukrayna Baş komandanı NATO hərbi komitəsinin rəhbəri ilə görüşdü…-FOTO

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski NATO nümayəndə heyəti ilə görüş keçirib. Həmçinin o, Alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauerlə danışıb.

 

Moderator.az  “TSN”-ə istinadla xəbər verir ki, bu barədə general-polkovnik telegram-kanalda yazıb.

 

“Döyüş meydanındakı vəziyyət barədə məlumat verdik. Biz Ukrayna Müdafiə Qüvvələrinin əsas ehtiyaclarını müzakirə etdik. Əsas prioritetlər sursat və hava hücumundan müdafiədir. Mən NATO-dakı həmkarlarıma Ukraynaya hərtərəfli və ardıcıl dəstəyə görə təşəkkür etdim”, – Sırski qeyd edib.

 

O əlavə edib ki, daha sonra NATO nümayəndə heyətləri Rusiya-Ukrayna müharibəsində Ukrayna uğrunda həlak olan əsgərlərin xatirə Divarında yad ediblər.

 

Bundan əvvəl Bauer Kiyevin atəşə tutulması zamanı sığınacaqda necə gizləndiyini danışıb, həmçinin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin işini qeyd edib.

 

S.Laçın

Mənbə

Share: