Ukrayna Baş Prokurorluğu Peqova ittiham elan edib

Ukrayna Baş Prokurorluğu “WarGonzo” layihəsinin yaradıcısı, rusiyalı bloger Semyon Peqovu qiyabi olaraq “hərbi mövzularda təbliğat materialları” yaratmaqda ittiham edib.

Modern.az-ın məlumatına görə, Prokurorluq qeyd edib ki, ittiham Rusiyanın hərəkətlərini “əsaslandırmaq, tanımaq və inkar etmək”, habelə Rusiya Silahlı Qüvvələrini “şöhrətləndirmək” üçün cəza nəzərdə tutan maddə üzrə irəli sürülüb.

“İstintaq müəyyən edib ki, Peqov “WarGonzo” layihəsi çərçivəsində YouTube və Telegram kanalında sistemli şəkildə hərbi mövzularda təbliğat materialları yaradır”, – Ukrayna Baş Prokurorluğu qeyd edib.

Peqov Ukrayna rəhbərliyinin sanksiya tətbiq etdiyi şəxslər sırasına daxil edilib.

Mənbə

Share: