Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Estoniya, Latviya, Litva və Finlandiyadan Ukrayna pilotsuz təyyarələrinin onların ərazisinə düşməsinə görə üzr istəyib.
Millətin Səsi.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb:
“Biz artıq Estoniya, Latviya və Litva, eləcə də Finlandiyadan [dronlarla] gözlənilməz insidentlərə görə üzr istəmişik. İxtisaslaşmış qurumlarımız bu cür hadisələrin təkrar baş verməsi risklərini minimuma endirmək üçün yaxından işləyir”.
Qeyd edək ki, Finlandiya mayın 3-də baş verən sonuncu belə hadisə ilə öz ərazisində və hava məkanında PUA-ların aşkarlanması ilə bağlı dəfələrlə xəbərlər alıb. Helsinki Ukrayna PUA-larının uçuşlarını və qəzalarını pisləyib və bu hadisələri qəbuledilməz adlandırıb.
Bundan əvvəl Litva, Latviya və Estoniyada qəzaya uğrayan Ukrayna PUA-ları barədə də məlumat verilmişdi. Bu hallar dayanmır. Mayın 7-də Ukraynaya məxsus pilotsuz uçan aparat Latviyanın şərqindəki Rezekne şəhərində neft anbarının ərazisinə düşərək 4 tanka ziyan vurub. Baltikyanı ölkələr Rusiyaya hücumlar üçün Ukraynaya öz hava məkanını verməsini inkar edir.


