
“Məhz buna görə də orada birgə qruplaşma yaradılıb və yaxın zamanlarda hərbi təlimlər keçiriləcək…”
Rusiya Dövlət Duması Ukraynanın Belarusa hücum edəcəyini iddia edib
Kiyev Belarus paytaxtında işğtişaşlar hazırlayır, onlar ölkəyə tammiqyaslı hərbi müdaxilə ilə sonuclana bilər. Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitə sədrinin müavini Konstantin Zatulin “Danışır Moskva” radiostansiyasının efirində Minskin Belarusla sərhəddə “Ukrayna Silahlı Qüvvələrinin təxribatları” haqqında məlumatları şərh edərkən bəyan edib.
Moderator.az xəbər verir ki, məlumatı “The Moscow Times” nəşri yayıb.
“Ukrayna, aydındır ki, Rusiyaya olduğu kimi, Belarusa da düşmən münasibət sərgiləyir. O, Rusiya ilə müharibə aparır, Belarusla buna hazırlaşır”, – məmur deyib.
Zatulinin sözlərinə görə, Ukrayna hansısa daxili iğtişaşlara təhrik etmək, “öz süngülərində, məsələn, Polşa və ya Litvadan orada Belarusun məskən salmış mühacir siyasi xadimlərini gətirmək” niyyətindədir.
“Məhz buna görə də orada birgə qruplaşma yaradılıb və yaxın zamanlarda miqyaslı hərbi təlimlər keçiriləcək”, – Zatulin izah edib.
Lukaşenko dəfələrlə iddia edib ki, Belarus Ukrayna ilə müharibədə iştirak etməyəcək. Lakin bir ay öncə Minsk Ukraynanı respublikaya hücuma hazırlaşmaqda ittiham edib.
Oktyabrın 8-də Ukrayna səfiri İqor Kizim Belarus XİN-ə dəvət edilərək ona diplomatik nota təqdim edilib. Notada deyilib ki, Ukrayna, guya, Belarus ərazisinə zərbə endirməyə hazırlaşır.
Ukrayna bu ittihamları Belarus rejiminin iftirası adlandırıb və “Kremlin nazı ilə oynamaqdan əl çəkməyə” çağırış edib.
Bundan öncə hələ mart ayında Lukaşenko Putinə deyib ki, Ukrayna öz qonşusuna hücum etməyə hazırlaşır, hətta Moskvaya ukraynalı hərbçilərin respublikaya hücum ehtimal edilən rayonları qeyd edilən xəritə də gətirib.
Bu görüşdən sonra Lukaşenko uzun müddət sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.