Ukrayna hərbçiləri “Leopard” tanklarında təlimə başlayır 

Ukrayna hərbçiləri gələn həftə “Leopard 2” tankları üzrə təlimlərə başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə  “Financial Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Təlimlər Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən missiya çərçivəsində keçiriləcək.

 

Hərbçilərin hazırlığının təxminən altı həftə davam edəcəyi gözlənilir. Təlimin detalları fevralın 1-də ABŞ-ın rəhbərliyi ilə Qərb müdafiə nazirliklərinin nümayəndələri tərəfindən razılaşdırılıb.

 

Akif İsmayılov 

Mənbə

Share: