Ukrayna Hərbi Hava Qüvvələri: “Rusiyanın “Ka-52″ helikopteri vurulub”

Ukrayna Silahlı Qüvvələrinin zenitçiləri sentyabrın 7-də səhər saatlarında Xerson vilayətinin hava məkanında Rusiya ordusuna məxsus “Ka-52” helikopterini vurublar.

Milletinsesi.az UNN-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.

Məlumata görə, gecə saatlarında isə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiyanın əməliyyat-taktiki səviyyəli iki PUA-sını məhv edib.

Mənbə

Share: