Ukrayna ordusu Krasnodar diyarının Soçi və Daqomıs şəhərlərinə PUA zərbələri endirib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna monitorinq kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Daqomısda S-400 hava hücumundan müdafiə sistemi məhv edilib.
Krasnodar diyarının Operativ Qərargahından bildirilib ki, Soçidə burulan PUA-nın qalıqlarının düşməsi nəticəsində biri uşaq olmaqla 5 nəfər xəsarət alıb, 3 şəxsi ev isə zədələnib.


