Ukrayna ordusu putinistlərin bu şəhərə yönəltdiyi 5 raketin 5-i də vurdu…-RƏSMİ

Bu gecə düşmən “Qrad”larla Dnepropetrovsk vilayətini  atəşə tutub, bir nəfər yaralanıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının(VHA) sədri Valentin Rezniçenko öz teleqram-kanalında məlumat yazıb.

“Gecə çox səs-küylü idi… Ruslar bölgəyə qanadlı raketlərlə hücum etdilər…“Qrad” və ağır artilleriya ilə də…”, – deyə Rezniçenko bildirib.

Onun sözlərinə görə, Dnepr bölgəsində hərbçilər düşmənin Dnepr şəhərinə yönəltdiyi 5 rus raketinin 5-i də vuraraq zərərsizləşdirib.

VHA rəhbəri raket qalıqlarının bir neçə yanğına səbəb olduğunu və  yanğınsöndürənlərin onları söndürdüyü də söyləyib.

“Heç kim xəsarət almayıb”, – deyə Rezniçenko əlavə edib.

Sultan Laçın

Mənbə

Share: