Ukrayna səfirliklərinə qarşı poçt terrorçuluğunun arxasında nə dayanır?..

 

“Bu, Ukraynanın Rusiya üçün beynəlxalq aləmdə yaratdığı diplomatik dəhşətə Rusiyanın cavabıdır…”

“İcraçıların əslən Yaxın Şərqdən, məsələn, İrandan olması da mümkündür…”

“Şübhəli paketlər Rusiyanın məyusluq jestidir, çünki terrorun qalan bütün metodları Ukraynada işləməyib…”

Bu həftə Ukraynanın 17 ölkədəki nümayəndəlikləri içərisində bomba və heyvan hissələri olan məktublar alıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba CNN telekanalına danışıb.

“Hər şey Ukraynanın İspaniyadakı səfirliyində başlayıb. Amma bu partlayışın ardınca baş verənlər daha qəribə və, mən deyərdim ki, ağılsız olub. Mən bunu Rusiya ilə bağlayıram, çünki siz hər şeydən öncə bunun kimə sərf etməsi sualına cavab verməlisiniz”, – diplomat qanlı bağlamalar və partlayıcı maddələri olan konvertlər barədə suala cavab verərkən deyib.

Kuleba güman edib ki, bu, Ukraynanın Rusiya üçün beynəlxalq aləmdə yaratdığı “diplomatik dəhşətə” Rusiyanın cavabıdır. Nazirin sözlərinə görə, bununla Rusiya “bir-birinin ardınca gerçək diplomatik savaşları uduzaraq müqavimət göstərməyə cəhd edir”.

Kulebanın sözlərinə görə, bu bağlamaların göndərilməsində birbaşa məsuliyyət ya Rusiyanın, ya da “Rusiyanın işinə rəğbət bəsləyən və qorxu törətməyə cəhd edən”lərin üzərindədir”, – o, deyib.

Ukrayna müdafiə naziri Aleksey Reznikov da bu fikirdədir. Bu zaman o, istisna etmir ki, icraçılar əslən Yaxın Şərq ölkələrindən, məsələn, İrandan ola bilər, onlar üçün özünün haqlı olduğuna belə inandırma metodları yad deyil.

Reznikov güman edir ki, paketlərdə ölü heyvanların gözlərinin olması bu fikrə yönəldir ki, belə sifariş üzərində hətta xarici siyasət məsələlərində də belə “naturalizm”in adət halını alan ölkələrdən olan komanda “kreativ olaraq işləyib”.

Digər tərəfdən, məhz Rusiya Federasiyasına şantaj məntiqi xasdır. Amma bu halda paketlər, böyük ehtimalla, məyusluq jestidir. Çünki terrorun qalan bütün metodları Ukraynada işləməyib.

Reznikovun sözlərinə görə, bu bağlamalar aşkar edilən ölkələr də Rusiyanın adını çəkir. O, qeyd edib ki, Ukrayna dünyada özünün tolerantlığı ilə tanınıb: “Bizim mürəkkəb siyasi iqlimi olan ölkələrlə problemimiz olmayıb. Ona görə də poçt terrorçuluğu həqiqətən yalnız yeni zamanla və başda artıq “1 nömrəli terrorçu” adlandırılan adam olmaqla təcavüzkar ölkə ilə bağlı görünür”.

Xatırladaq ki, dünən Ukrayna XİN spikeri Oleq Nilolenko məlumat verib ki, Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriyadakı səfirliklər, Neapolm və Krakov, Çexiyanın Brno şəhərindəki konsulluqlar şübhəli bağlamalar alıb.

“Xarakterik maye” ilə hopdurulan paketlərdə heyvanların çıxarılmış gözləri olub.

Notabrın 30-da Ukraynanın İspaniyadakı səfirlikdə partlayış baş verib. Bu hadisələr İspaniyada terror akrları kimi araşdırılır.

Mənbə

Share: