Ukrayna üçün 2.2 milyard dollarlıq hərbi YARDIM

ABŞ Müdafiə Nazirliyi Ukraynaya növbəti hərbi yardım paketi açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Bildirilir ki, yardım paketinin həcmi 2,175 milyard dollardır. Yardım paketinə iki “Hawk” hava hücumundan müdafiə sistemi, həmçinin yüksək dəqiqlikli idarə olunan raketlər daxildir.

 

“Ukraynaya yardım paketinə kritik hava hücumundan müdafiə vasitələri, adi raketlər və uzaqmənzilli raketlər daxildir”, – nəşrin mənbəsi bildirib.

 

Akif İsmayılov

Mənbə

Share: