“Ukraynadakı müharibə Rusiyanın silah istehsalçılarının nüfuzuna böyük zərbə vurub…”

“Dünya bazarında Rusiya silahlarının payı 22 faizdən 16 faizə enib…”

 

Rusiya müharibə səbəbindən Hindistana silah tədarükünü pozub

 

Rusiyanın ən böyük silah alıcılarından olan Hindistan Rusiya Federasiyasını həyati əhəmiyyətli müdafiə yüklərinin, o cümlədən “C-400” “Triumf” hava hücumundan müdafiə sistemlərinin və Rusiyanın  döyüş təyyarələri üçün ehtiyat hissələrinin tədarükünü pozmaqda ittiham edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

2018-ci ildə Hindistan “Rosoboroneksport”la 2024-cü ilin sonunadək beş ədəd C-400 komplekslərinin tədarükü barədə müqavilə imzalayıb.

 

Müqavilənin dəyəri 5, 4 milyard dollar civarında dəyərləndirilib. Nəşrin məlumatına görə, Hindistan üç ədəd “Triumf” alıb, ikisini də gözləməkdədir.

 

“Bizim bu il iri tədarükümüz olmalı idi, amma olmayacaq”, – bunu Hindistan HHQ-nin nümayəndəsi bəyan edib. Onun sözlərinə görə, Rusiya yazılı şəkildə tədarükün “ləngiməsi” barədə məlumat verib.

 

“Reuters” xatırladır ki, son vaxtlaradək Rusiya dünyada ən iri silah ixrac edən ölkələrindən biri olub. Bu zaman Ukraynada tammiqyaslı müharibənin bir ili ərzində rusiyalı hərbçilər özləri ciddi silah qıtlığı ilə üzləşib.

 

Bu səbəbdən də ötən əsrin 50-ci illərində istehsal edilən tankları konservasiyadan çıxarmağa başlayıb. Eyni zamanda, texnika qıtlığına rəğmən, martın ortalarında İran Rusiyadan Su-35 təyyarələrinin alışı barədə məlumat yayıb.

 

Stoqholm Beynəlxalq dünya problemlərinin tədqiqatı İnstitutunun (SIPRI) məlumatına görə, son beş ildə Rusiya silahının Hindistana ixracı 37 faiz aşağı düşüb. Dünya bazarında Rusiya silahlarının payı 22 faizdən 16 faizə enib.

 

Rusiya silahlarının ixracı azalmaqda davam edəcək, bunu SIPRI-nın baş elmi əməkdaşı Simon Vezeman deyib.

 

“Rusiya öz silahlı qüvvələrinin təchizatına üstünlük verəcək, digər dövlətlərdən tələb Rusiyaya qarşı ticarət sanksiyaları və ABŞ və müttəfiqlərinin başqa ölkələrə Rusiya silahını almamaq tələbi ucbatından aşağı səviyyədə qalacaq”, – o, izah edib.

 

Mühüribə Rusiyanın silah istehsalçılarının nüfuzuna “böyük zərbə” vurub, bunu Amerikanın “Wilson Center”-in prezidenti, keçmişdə səfir Mark Qrin deyib.

 

“Düşünmürəm ki, primitiv rus bombalarının binaları necə dağıtmasını görəndən sonra hansısa ölkə desin ki, bəli, bu, bizə lazım olanlardır”.

Mənbə

Share: