
“Bu rayonda fəaliyyət göstərən üzfəniraq “DXR” və kadırovçuların qüvvələri həddən artıq gərgin vəziyyətə düşüb…”
“Ümumilikdə, hücum başlanandan cənubda 130 kv. km ərazi işğalçılardan təmizlənib…”
Ukraynanın hava-desant qoşunları Donetsk vilayətinin doqquz il ərzində Rusiya tərəfindən işğal edilmiş Krasnoqovorka şəhəri rayonunda ərazinin bir hissəsini azad etməyə müvəffəq olub.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi hərbi kəşfiyyatının yeni hesabatında deyilir.
“Bu, Rusiya ordusunun Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra Rusiya tərəfindən 2014-cü ildə işğal edilmiş ərazinin USQ tərəfindən ilk dəfə azad edilməsidir”, – britaniyalı kəşfiyyatçılar qeyd edib.
Onların fikrincə, bu yaxınlarda “Ukraynanın bütün Donbas boyunca çoxsaylı sinxron hücumları” bu rayonda fəaliyyət göstərən üzdəniraq “DXR” və kadırovçuların qüvvələrinin “həddən artıq gərginləşməsinə” gətirib çıxarıb.
Dünən Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın verdiyi məlumata görə, USQ həmçinin Zaporojye və Donetsk vilayətləri ərazisi arasında yerləşən və iyun ayında Ukrayna ordusu tərəfindən azad edilən ərazisində yerləşən Rovnopol kəndini azad edib.
Onun sözlərinə görə, Ukrayna qoşunları həmçinin cəbhənin cənub, konkret olaraq Melitopol və Berdyansk istiqamətində hücumu davam etdirir.
“Həftə ərzində operativ-taktiki vəziyyətin yaxşılaşdırılması və cəbhə xəttinin düzəlməsi nəticəsində azad edilən ərazilərin sahəsi 17 kv. km artıb. Ümumilikdə, hücum başlanandan cənubda 130 kv. km ərazi azad edilib”, – nazir müavini qeyd edib.
Xatırladaq ki, uyunun 26-da USQ Quru Qoşunları komandanı Aleksandr Sırski “Severski Donets-Donbas” kanalının qərb sahilində platsdarmın Rusiya SQ-dən azad edilməsi barədə bəyan edib.
Ukrayna MN iyunun 23-də düşmən qüvələrinin şərqdə irəliləməsi ilə bağlı vəziyyət haqqında hesabat verib. Ən ağır döyüşlər Liman istiqamətində və Donetsk vilayətinin Dibrovo və Qriqorovka məntəqələrində gedib.


